Buzz Oldrin 93 yaşında evləndi - Fotolar

Buzz Oldrin 93 yaşında evləndi - Fotolar
4224 dəfə oxunub
  • A-
  • A
  • A+

Aya kosmik uçuşun ilk iştirakçılarından olmuş əfsanəvi keçmiş NASA astronavtı Buzz Oldrin ötən gün evlənib.

Axşam.az xəbər verir ki, o, 93-cü yaş günündə sevgilisi 63 yaşlı Anka Faurla nikah masasına əyləşib. Cütlük özəl günlərindən olan fotoları sosial media hesablarında paylaşaraq "Yeniyetmələr kimi həyəcanlıyıq" sözlərini yazıblar. 

Qeyd edək ki, bu, astronavtın dördüncü evliliyidir.

Buzz 1969-cu ildə Nil Armstronqla birlikdə “Apollon-11” kosmik gəmisi ilə ilk dəfə Aya enib. Nil 2012-ci ildə 82 yaşında vəfat edib.