Tünzalə Əliyevanın dəfn tarixi açıqlandı

Tünzalə Əliyevanın dəfn tarixi açıqlandı
21667 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva bu gün səhər saatlarında Milli Onkologiya Mərkəzində vəfat edib.

"Toppuş bacı"nın həmkarı Ülviyyə Əliyeva Axşam.az-a müsahibə verib. O bildirib ki, aktrisa sabah dəfn olunacaq:

"Atası Gəncədən gəlir. O gələndən sonra nəşi Heydər məscidinə aparılacaq. Dəfn mərasimi sabah olacaq. Əvvəl deyirdilər ki, Gəncədə torpağa tapşırılacaq. Amma özü vəsiyyət edib ki, Bakıda dəfn olunum. Övladım məzarımı ziyarət edə bilsin. Qərar atası gələndən sonra veriləcək".

Qeyd edək ki, sənətçinin bir qız övladı var.