Ayan onları "virus" adlandırdı

Ayan onları "virus" adlandırdı
1261 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva qalmaqal yaşadığı sənət adamlarından bəhs edib.

Axşam.az xəbər verir ki, bu haqda "Şou xəbər"ə danışan sənətçi həmkarlarını "virus" adlandırıb:

"Heç vaxt çıxıb kiməsə efirdən cavab verməmişəm. Əgər bir insanla eyni camiyadayamsa, onunla problemi telefonda həll edə bilərəm. O mənə, mən ona deyim… Bir müddətdən sonra eyni məclisdə üz-üzə gəlirsən, heç "salam" verməyə üz də qalmır. Arxada danışırlar… Önəmli olan isə üzümə deməkləridir. Onlara cavab versəm, olduqları bataqlığa düşərəm.

O qədər "virus" var ki, maska taxmaq məcburiyyətində qalıram. Maska növü dəyişir. Günü-gündən isə bu virusların sayı çoxalır. Həyat çətinləşir.  Hər cür varlıqla üz-üzə gələ bilirsən. Bu isə həyatdır. Həyatda hər şey olur".