"Sənətçilər zəng vurub, həyat yoldaşımdan iş istəyirlər"

"Sənətçilər zəng vurub, həyat yoldaşımdan iş istəyirlər"
14784 dəfə oxunub
  • A-
  • A
  • A+

"Fəxrəddinə bu camiyədən bilirsiniz nə qədər insan zəng edir. Biri deyir ki, Fəxrəddinin köməyi ilə qohumumu qoymadılar işdən çıxartmağa, digəri deyir, xalam və dayım oğluna kömək elə. Biri deyir ki, qardaşımı işə düzəlt".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Zaurla Günaydın" proqramında deyib. Sənətçi sənət adamlarının onun həyat yoldaşı Fəxrəddin Musazadədən iş istədiklərini vurğulayıb:

"Fəxrəddinə söyləyirəm ki, bunlar sənin nömrəni haradan tapır? O da məndən soruşur ki, filankəs kimdir? Hər kəsə kömək edir. Həmkarlarımdan biri işinin alınması üçün mənə deməkdənsə, başımın üstündən keçib Fəxrəddinə demişdi. Bu məsələdən xəbər tutdum, Fəxrəddinə dedim ki, onun işini düzəltmə".