"Sənə təklif edilən hər bir obrazı oynamalısan. Sənin peşəndir, işindir, ən yaxşı şəkildə etməlisən".
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov "Şou xəbər" verilişinə açıqlamasında deyib. O, Fərda Xudaverdiyevin "qadın geyimi geyinib, rol oynamaram" sözlərinə sərt reaksiya verib:
"Peşəkar aktyor deməməlidir ki, bu rolu ifa etmirəm. Peşəkarlıqdan uzaq olar. İlk dəfə oynadığım rol qadın obrazı olub. Heç kim bilmirdi mənəm. Məlik Dadaşov erməni obrazı oynayıb. O deməkdir, ermənidir?".
Qeyd edək ki, Fərda "Qadın paltarında atılıb düşməyə ehtiyac yoxdur" sözlərini söyləmişdi.