Natiq Nuriyev Vüqarı məhkəməyə verib

Natiq Nuriyev Vüqarı məhkəməyə verib
2715 dəfə oxunub
  • A-
  • A
  • A+

Skripka ifaçısı Natiq Nuriyev müğənni Vüqar Muradovu məhkəməyə verib. 

Axşam.az-ın məlumatına görə, buna səbəb Vüqarın musiqiçi haqqında dediyi "Elçin Cəlilovu narkotikə o, qurşandırıb" sözləri olub. Məhkəmənin ilkin iclası fevralın 2-nə təyin edilib. 

Məsələ ilə bağlı Axşam.az-a açıqlama verən Vüqar "Xəbər yazılanda oğlu zəng edib, məhkəmə ilə hədələdi. Amma hələ heç nədən xəbərim yoxdur, bununla bağlı mənə məlumat verilməyib" sözlərini söyləyib. 

Qeyd edək ki, Vüqar "Elçin Cəlilovu narkotikə öyrəşdirən musiqiçi Natiq Nuriyevdir. Bunu çəkinmədən deyirəm, qorxacaq heç nə yoxdur. Sadəcə, efirdə adını açıqlamaq istəmədim" açıqlamasını vermişdi.