Nəbatat Bağının yeni görünüşüylə bağlı iddialara cavab

Nəbatat Bağının yeni görünüşüylə bağlı iddialara cavab
2471 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Şəhər İcra Hakimiyyəti sosial şəbəkədə Mərkəzi Nəbatat Bağı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, İcra Hakimiyyətindən bildirilib ki, ağacların sayının azaldılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Orada mövcud olan yaşıllığın qorunub saxlanılması ilə yanaşı, ölkə başçısının tapşırıqlarına uyğun olaraq ərazidə sökülən çoxsaylı qanunsuz tikintilərin yerində yeni ağacların əkilməsi nəzərdə tutulub.Yeni qurulacaq bağa dair yayılan şəkillər isə ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim olunan və təsdiq olunmayan bir çox layihələrdən biridir”.

Qeyd edək ki, 2022-ci il noyabrın 19-dan etibarən Mərkəzi Nəbatat Bağına ziyarətçilər üçün giriş bağlanıb.