"Bu, mənim ən böyük səhvim oldu" - Video

"Bu, mənim ən böyük səhvim oldu" - Video
2129 dəfə oxunub
  • A-
  • A
  • A+

"Düz 2 il bundan öncə gecə yatanda telefonlarımı ilk dəfə idi söndürmüşdüm. Bu, mənim ən böyük səhvim oldu. Səhər ayılanda ilk zəngdə atamın dünyasını dəyişdiyi xəbərini aldım".

Axşam.az xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) atası ilə bağlı paylaşımında deyib. Atasının ölüm ildönümü olan Tolik onunla bağlı xatirələrini bölüşüb:

"Heç mənimlə sağollaşmadı. Bəlkə ürəyində deyəcək sözü var idi, deyə də bilmədi. Amma hər gün gülsəm də, onun yoxluğu mənə çox yer edir. Çünki mənimlə ən çox maraqlanan atam idi. Ruhun şad olsun, atam".