Bu kafe-restoranlar cərimələndi - Siyahı

1054 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 20 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən edib.

Axşam.az-ın məlumatına görə, AQTA-dan bildirilib ki, respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 31 ticarət müəssisəsi və 10 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 20 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 12, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 4, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

"Səhər M" market

Xətai rayonu, S.Həbibov küç., ev 62H

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2

"Nuray" market

Quba rayonu, Zərdabi qəsəbəsi

Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

3

"Mübariz" market

Xaçmaz şəhəri, N.Nərimanov küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
3.Ev şəraitində hazırlanan məhsulların satışı

4

"Təbriz" market

Şamaxı şəhəri, N.Nərimanov küçəsi

1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

5

"Planet" market

Şamaxı şəhəri, N.Nərimanov küçəsi

Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

6

"Dokta" aptek

Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

7

Allahverdiyev Nizami Şahverdi oğluna məxsus mağaza

Masallı şəhəri, 20 Yanvar küçəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

8

"Halal Ucuz" market

Masallı şəhəri, 20 Yanvar küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

9

"Ucuz" market

Masallı şəhəri, 20 Yanvar küçəsi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

10

"Əziz" market

Masallı şəhəri, 20 Yanvar küçəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

11

"İlqar" market

12

"Tac" market

Goranboy rayonu, Dəliməmmədli şəhəri

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

13

"Səma" market

Goranboy rayonu, H.Əliyev prospekti

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

14

"Gülüstan" market

Goranboy rayonu, Səfikürd kəndi

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

15

"Goranboy" market

Goranboy rayonu, V.Bayramov küçəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

İctimai iaşə müəssisələri

16

"Faxralı White Pub" restoranı

Xətai rayonu, M.Rüstəmov küç., ev 21

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

17

"All Dönər" restoranı

Xətai rayonu, M.Rüstəmov küç., ev 7

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

18

"Sherlock" pub

Nizami rayonu, Ş.Mirzəyev küç., ev 65

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

19

"Pəncərə" kafesi

Yasamal rayonu, A.Mirzəyev küç., ev 324G

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

20

"Papaq Lounge"

Nəsimi rayonu, Vaqif pr.,

ev 53C