"Gülbahar Şükürlünü verilişimə zorla gətirməmişəm. Gülbahar xanım verilişimə şahzadə kimi gəldi və getdi. Mən xəstə uşaqlar ola-ola müğənnini gətirib bura otuzdurub, pul yığmaram".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev "Ümid ilə gəl" proqramında deyib. Xərçəngdən əziyyət çəkən Gülbahar Şükürlü üçün proqramında yardım yığan Tolik müğənnilərə səslənib:
"Müğənnilər, Gülbahar Şükürlü "Əməkdar artist"dir. Bəyənmədiyiniz Şəbnəm, Nəfəs, Zeynəb gətirib 3 min pul verdilər. Yeri gələndə onları bəyənmirik ki, bayağı mahnı oxuyurlar. Onlar bayağı mahnılar oxumaqla 1000 manat göndərdilər. Hanı Xalq, Əməkdar artistlər? Bir toya 15 min manata gedirlər. Dırnaqarası baxdıqlarınız sizinlə eyni statusda olan Əməkdar artistə yardım etdi. Siz gərək deyərdiniz ki, verilişə çıxma, hərəmiz 500-300 atışıb, bir illik müalicə pulunu verək. Rahidə Baxışova 2500 manat göndərdi, halbuki şou-proqrama 100 manata gedir".
Qeyd edək ki, bir neçə il əvvəl G.Şükürlünün beynində şiş aşkarlanmış və əməliyyat olunmuşdu. Hazırda qarmon ifaçısında yenidən xərçəng aşkarlanıb və o, mülaicə alır.