Şəhid olan Orxan tanınmış həkimin oğlu imiş - Foto

Şəhid olan Orxan tanınmış həkimin oğlu imiş - Foto
7229 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı həyatını itirən Orxan Əsgərovla bağlı bir sıra nüanslar məlum olub.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, əslən Gəncədən olan şəhidimiz tanınmış həkimin oğludur. Orxanın atası Rizvan Əsgərov Gəncə şəhər 1-saylı Pediatriya Xəstəxanasının baş həkimidir. R.Əsgərov uzun illərdir bu sahədə çalışır.

Orxan özü isə ABŞ-də təhsil alıbmış. Ailəli imiş, 2 övladı var.

Bildirilib ki, onun valideynləri dərhal Gəncədən Bakıya yola çıxıblar.

Qeyd edək ki, bu gün Yasin Hüseynzadə adlı İran vətəndaşı Tehrandakı Azərbaycan Səfirliyinə avtomatla hücum edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Daha iki nəfər isə yaralanıb.