Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova bir neçə gün əvvəl təmtəraqlı ad günü edib.
Axşam.az xəbər verir ki, gecənin xanım qonaqları geyimləri ilə yarışa girib. Yenə də əksər xanımın seçimi qara rəng olub:
Xalq artisti Tünzalə Ağayeva qara transparan geyimlə gecəyə qatılıb. Müğənni geyimini qızılı çanta ilə tamamlayıb.
Müğənni Günay İbrahimli öz atelyesində hazırlanan qara geyimdən istifadə edib. Ağ muncuqlarla bəzədilən paltar üçün ifaçı eyni tərzdə çəkmə də hazırlatdırıb.
Əkiz bacılar Sevil və Sevinc məclisə qara uzun libasda qatılıblar. Onların paltarı uzun yarıqla diqqət çəkib.
Aktrisa Pərvin Abıyeva da bacılarla eyni libasdan istifadə edib.
Aparıcı Vüsalə Əlizadə qara uzun sinə dekolteli paltar geyinib.
Aparıcı Afaq Gəncəli də qara parıltılı paltara üstünlük verib. Afaq xeyli çəki atması ilə də diqqət çəkib.
Müğənni Səidə Sultan isə digər xanımlardan fərqli olaraq qırmızı uzun yarıqlı libas seçib. O, tərzini qızılı ayaqqabı və çanta ilə tamamlayıb.
Aparıcı Günay Baxşəliyeva da qızılı rəngli geyimi ilə diqqət çəkib.
Rəqqasə Fatimə Fətəliyeva da qara və gümüşü rənglərdə hazırlanan paltar geyinib.