Röyanın konsertində baş verənlər - Fotolar

Röyanın konsertində baş verənlər - Fotolar
15835 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Röya Ayxanın "Dəli kimi" adlı solo konserti baş tutub. 

Axşam.az xəbər verir ki, müğənni gecə boyunca mahnılarını "Nero" rəqs qrupunun müşayiəti ilə səsləndirib. Rejissorluğunu aparıcı Ranar Musayevin etdiyi konsertdə Röya hər mahnısı üçün bir səhnə qurub. 

O, "Səninəm", "Sevəcəyəm", "Aldatma", "Dəniz", "Sultanım", "Səndən bir dənədir", "Kesin bilgi" kimi mahnılarını səsləndirib. 

"İstəyirəm" bəstəsini ifa edən zaman sənətçi "Deyirlər ki, bu mahnını oxuma. Elə bil qadına bir də ərə gedib, uşaq dünyaya gətirmə deyirlər" sözlərini əlavə edib. 

Tamaşaçılarla söhbət edən zaman Röya "Mahnıları oxuduqca ömrüm azalır. Əllərim uyuşur, ovurlar. Amma mən elə səhnədə ölmək istəyirəm" deyə, bildirib. 

Konsert zamanı zala yuxarıdan kəndirlə düşən sənətçi qorxduğunu da etiraf edib.