"Moskvada yaşayan nəvəmlə danışa bilmirəm" - Nazpəri

"Moskvada yaşayan nəvəmlə danışa bilmirəm" - Nazpəri
13033 dəfə oxunub
  • A-
  • A
  • A+

"Əkbər oğlumun bir oğlu, bir qızı, mərhum Əlinin isə Tamerlan adlı bir oğul övladı var. O, hazırda Moskvada yaşayır. Onunla yalnız video zəng vasitəsiylə danışa bilirəm".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Söhbət musiqidən gedir" verilişində deyib. Müğənni bir müddət əvvəl dünyasını dəyişən oğlu Əlinin övladını ancaq video zəng  vasitəsiylə gördüyünü açıqlayıb:

"Axırıncı dəfə nəvəm Tamerlanla danışdığım zaman mənə sual verdi. Artıq ona zəng edib, danışa bilmirəm. Dedi ki, atam haradadır? O, bu günə kimi atası Əlinin yoxluğunu bilmir. Bu sözləri ilə məni yenidən məhv etdi. Bunun izahı belə yoxdur. Hətta bundan sonra iki gün xəstəxanaya düşdüm. Bacım da yanımda idi. Özümdən asılı deyil. Onun sualı məni məhv etdi.

Əlbəttə, Tamerlan böyüyəcək, öz nənəsini də tapacaq, atasının yatdığı torpağı da tanıyacaq, biləcək. Başqa cür mümkün deyil. O uşaq ömrümün bir üzüdür. Darıxsam da, gec-gec görsəm də, heç görməsəm də... Onu görə bilmirəm, uzaqdadır. Amma damarımda axan qanımdır. Məndən ayrı ola bilərmi? Heç zaman!”.