Natavanla barışan Səidədən ilk açıqlama

Natavanla barışan Səidədən ilk açıqlama
2899 dəfə oxunub
  • A-
  • A
  • A+

"Tənqid olmalıdır da. Olmasa, maraqsız olar. Nəticədə bəyənən çox olubsa, deməli alınıb".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Səidə Sultan deyib. O, tez-tez tənqidlərə tuş gəlməsini normal qarşıladığını etiraf edib:

"Tənqidsiz artıq heç nə maraqlı deyil. Adi klip çıxarırsan danışılmır, heç kəsin vecinə olmur. Onun içində tənqid də, tərif də olmalıdır". 

Müğənni Natavan Həbibi ilə barışmlarına münasibət bildirən Səidə fikrini bir cümlə ilə tamamlayıb:

"O mənim doğmamdır".

Qeyd edək ki, Səidə Natavan haqqında "Əvvəl dəstək idi, sonra zay oldu. Üzümə dedi ki, niyə beləsən. Çox sözlər dedi, ondan sonra son qoydum. Allah onu xoşbəxt eləsin. Sənətdə rəqib olaq. Çıx da bu aləmdən, ancaq özünə qulaq asır. Bir yerdə ola bilmərik. Gözəl musiqiçidir, savadı var. Amma özü, ancaq "mən-mən" deyir. Gözümü açandan Natavanın yanında çox olurdum. Sərbəstliyi onda gördüm. Bəzən mən onu, bəzən o məni qoruyurdu. Yaşım az idi, indi öz yerimdəyəm. Natavan da deyir, niyə əvvəlki kimi deyilsən?" sözlərini söyləmişdi. O, növbəti açıqlamalarının birində isə N.Həbibinin ünvanına "İfritədir" sözünü söyləyib.