Azərbaycan "Avroviziya"da birinci yarımfinalda çıxış edəcək

Azərbaycan "Avroviziya"da birinci yarımfinalda çıxış edəcək
1043 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün “Avroviziya 2023” mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, Britaniyanın Liverpul şəhərində keçiriləcək müsabiqədə ölkəmiz mayın 9-da birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Ölkəmiz birinci yarımfinalda Serbiya, Latviya, İrlandiya, Norveç, Portuqaliya, Malta, İsveçrə, Moldova, İsveç, İsrail, Niderland, Finlandiya, Çexiya ilə yarışacaq.

31 ölkə təmsilçisinin iştirak edəcəyi və şüarı "Musiqi ilə birləşmə" olan müsabiqənin ikinci finalı mayın 11-də, finalı isə mayın 13-də keçiriləcək.

Qeyd edək ki, müsabiqədə ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniyada keçirilməsinə qərar verilib.