"Aygün Kazımovanın dayandığı yer səhnə sayılır"

"Aygün Kazımovanın dayandığı yer səhnə sayılır"
2174 dəfə oxunub
  • A-
  • A
  • A+

"Şou-biznesin yaranması elə Aygün Kazımovanın doğulduğu gündür. Onun konsertləri, açıqlamaları, söz atmaları hamısı şou-biznesinin ahəng qanununa tabe idi. Amma o, özü heç bir qanuna tabe deyildi, çünki onları özü yazırdı. Artıq iş o yerə çatmışdı ki, Aygünün dayandığı nöqtə səhnə sayılırdı. Hamı tərəfindən sayılırdı, elə ona görə də hər tərəfdən xəndəklər qazılırdı, bostanına daş, efirlərdən söz atılırdı. 3 nəfər bir yerə yığışırdısa Aygündən danışılırdı".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" verilişində qonaq olan Xalq artisti Aygün Kazımovaya deyib. 

"İlk dəfə fanat ordusunu Aygün yaratdı. Səhnədə performansı o yaratdı, cəsarətli geyimləri geyindi, konsertindəki izdihamı ilə öyündü, hər ilki o etdi, elə ona görə də onunla yarışa bilməyənlər ona qısqanclıq, paxıllıq etməyə, yolunu başlamağa, bacarmayanda kənara çəkilib hönkür-hönkür ağlamağa başladılar. Aygün o Aygün oldu ki, hər addımı hadisə, hər layihəsi "şamplena", hər sözü xəbər başlığı, hər səhnə üçün riski can sağlığı idi. Aygün Kazımava həm dünəndir, həm bu gündür, həm sabahdır, həm keçmişdir, həm gələcəkdir. Onun döndüyü yollara dönmə işarəsi, gözlədiyi yerlərdə işıqforlara qırmızı işıq, tapdalamadığı dəyərlərə qoşa xətlər, sürətlə getdiyi yollara radar qoyuldu. Səhnədə harada dayandısa, ora güllər qoyuldu" deyə, Dilarə sözlərinə əlavə edib.