“Prezidentin seriallara ayırdığı 6 milyonu yedilər” - Hikmət Rəhimov

“Prezidentin seriallara ayırdığı 6 milyonu yedilər” - Hikmət Rəhimov
2097 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bir neçə il əvvəl ölkə başçısı serial sektoruna büdcə ayırdı. Heç nə, pulu basıb yedilər, serial da ortaya çıxmadı. Görürlər ki, iş də getmir... Onda o büdcəni niyə ayırmalıdırlar ki?"

Axşam.az xəbər verir ki, bu sözləri aktyor, rejissor Hikmət Rəhimovun “Dikdaban” verilişində qonaq olarkən deyib.  Aktyor illər əvvəl Prezident İlham Əliyev tərəfindən serialların inkişafına dəstək məqsədilə ayırdığı 6 milyon manat vəsaitin mənimsədildiyini vurğulayıb:

“Bir neçə il əvvəl ölkə başçısı serial sektoruna büdcə ayırdı. Heç nə, pulu basıb yedilər, serial da ortaya çıxmadı. Görürlər ki, iş də getmir... Onda o büdcəni niyə ayırmalıdırlar ki? 6 milyon büdcə ayrılmışdı ki, serialların inkişafına hissə-hissə bölünsün. O pul nə bölündü, nə bir şey olundu, kiminsə əlinə düşdü. Birini dəqiq bilirəm, adını çəkmirəm. 6 milyon Azərbaycanın serial sektoru üçün pis pul deyildi. Bunu da ayırdılar ki, bir az özünüzə gəlin, dirçəlin. Kimsə də pulu götürüb qoydu cibinə, qoy tək mən dirçəlim. Ona görə düzəlmədi”.

Qeyd edək ki, sözügedən Sərəncam 2013-cü ilin aprelində imzalanıb.