Hava ilə bağlı - Xəbərdarlıq

Hava ilə bağlı - Xəbərdarlıq
4584 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda və Abşeron yarımadasında fevralın 02-si axşamdan 03-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən xəbərə görə, fevralın 02-si qərb rayonlarından başlayaraq 03-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.