"Bunun üçün ailə tərbiyəsi lazımdır"

"Bunun üçün ailə tərbiyəsi lazımdır"
1278 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kim nə istəyir oxuyur, danışır və göstərir. Onların çoxu yutub üzərindən tanınır. İnternet dövrünün insanı olmadığım üçün və köhnə fikirli, maraqsız olduğum üçün onları tanımıram".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Zaur Əmiraslanov "Şou xəbər"ə müsahibəsində deyib. Sənətçi şou-biznesdəki bəzi həmkarlarını tənqid edib:

"Pul, toylar gəlib gedəcək, amma şərəf və ləyaqət qayıtmayacaq. Şux duruşunu qoruyub saxlamaq nə vaxtdan ayıb olub ki? Şərəf və ləyaqətimi hər zaman qorumuşam və qoruyacağam. Bunun üçün ailə tərbiyəsi lazımdır. Düzdür, valideynin də rolu burada böyükdür. Hamıya o qədər pul arzulayıram ki, ayılanda ətraflarında puldan başqa heç nəyin olmadığını görsünlər".