"Oqtay belə onun mən olduğumu anlamayıb" - Video

"Oqtay belə onun mən olduğumu anlamayıb" - Video
7281 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Dilarə Əliyeva Xalq artisti Aygün Kazımovanın ad günündə hazırladığı video çarxla bağlı açıqlama verib. 

Bu haqda Axşam.az-a danışan aktrisa insanların yanlış anladığını bildirib. O qeyd edib ki, videoda obrazı özü canlandırıb:

"Tədbirdə yer alan 300-ə yaxın qonaq elə bilib ki, orada rolu canlandıran Aygün Kazımovadır. Hətta Oqtay (həyat yoldaşı Oqtay Əliyev - red.) və qızım da səhv anlayıb. Deyirlər, Aygün gəlib çəkilib və gedib. Demək istəyirəm ki, mən orada Aygünü parodiya etmişəm. Onun bir müsahibəsindən simasını götürüb, mənim üzümə yerləşdirdik. Bunu da qrafik dizayner Req Rəvan edib. Əgər Aygün özü gəlib orda çəkiləcəkdisə, bu, sürpriz olmayacaqdı. Bu, Azərbaycanda ilk dəfədir edilir. Bu ilki mən etdim. Özümdən Aygün Kazımova etmişəm".