Roza Zərgərli prodüseri döyüb - Video

Roza Zərgərli prodüseri döyüb - Video
2195 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Roza Zərgərli açıqlaması ilə diqqət çəkib. 

Axşam.az xəbər verir ki, sənətçi "Xəbər-ətər" proqramında prodüseri döydüyünü etiraf edib. O, adını açıqlamadığı bir prodüserlə əl-qol davası etdiyini söyləyib:

"Efirdə qalmaqal etmirəm. Kamera arxasında yaxşı dalaşıram. Bizim sahədə çalışan biridir. Söz yarası pisdir, unuda bilmirəm. Yazığın telefonu, paltarı, ağzı da getdi. Əlimdən güclə aldılar. Mən həyasız adamam. Məsələ yayılsaydı, adamın özünə ziyan idi. Mən də xəbər yayan deyiləm".