Şəbnəm Nura Surini yalan danışmaqda ittiham etdi

Şəbnəm Nura Surini yalan danışmaqda ittiham etdi
3120 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Şəbnəm Tovuzlu həmkarı Nura Surinin onun haqqında dediyi "Mahnılarında səsinə effekt qoydurur" sözlərinə cavab verib.

Bu haqda Axşam.az-a açıqlamasında danışan Şəbnəm onu yalan danışmaqda ittiham edib:

"Heç bir mahnıma effekt qoyulmur. Nura necə dinləyir bilmirəm. Bəzi səslər var - iranlı musiqiçilər, aranjimançıların istifadə etdiyi, onlara da icazə vermirəm. Canlı ifalarıma da qulaq assın, bunlara da. Aranjimanda effektdən istifadə etməmişəm". 

Qeyd edək ki, Nura Şəbnəm haqda "Şəbnəm Tovuzlunun bir obrazı var, ondan çıxmaq istəmir. Toyda canlı ifasını dinləmişəm, gözəl oxuyur. Amma mahnılarında effekt qoydurur səsinə. Nəsə edirlər, yaxşı deyil. Mənim zövqümdə deyil. Öz səsi ilə oxusaydı, daha fərqli ifaçı kimi qəbul olunardı. İndi qınaq olunmasının səbəbi də həmin effektdir" sözlərini deyib.