Ellada Mustafayeva vəfat etdi

Ellada Mustafayeva vəfat etdi
25810 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, bu barədə BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova öz feysbuk hesabında məlumat yayıb.

E.Mustafayevanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, 35 yaşlı sektor müdiri PR sahəsində tanınmış mütəxəssislərdən idi. O, 3 ay əvvəl ailə həyatı qurmuşdu.