ProMete 6 il sonra - Video

ProMete 6 il sonra - Video
484 dəfə oxunub
  • A-
  • A
  • A+

“PRoMete“ ləqəbi ilə şou-biznesdə məşhurlaşan reper Pərviz İsaqov 6 illik fasilədən sonra  konsert verib. 

Axşam.az xəbər verir ki, ifaçı səhnəyə çıxmazdan əvvəl media nümayəndələrinə açıqlama verib. 

"Konsertə xüsusi hazırlaşmışıq. Sürprizlər də var idi. Bütün mahnılar canlı səsləndirilib. Heç bir fonoqram yoxdur. Bu, mənim özüm üçün də bir yenilikdir. Repin başdan-ayağa canlı ifası isə görünməmiş bir şeydir” deyə, ProMete bildirib. 

Reper gecədə Xalq artisti Faiq Ağayevlə duetini səsləndirib. ProMete bildirib ki, mahnı bir neçə ay sonra təqdim ediləcək. Gecədə eyni zamanda Əminə Şirin, Tomris də çıxış edib. 

Konsertdə tamaşaçılarla söhbət edən ifaçı “Çox deyirdiniz ki, niyə yazmırsan, oxumursan? Bu da yeni nöqtənin başlanğıcıdır” deyə, əlavə edib. 

Onun izləməyə gələnlər arasında Xalq artisti Miri Yusif, Əməkdar artist Abbas Bağırov da yer alıb.