Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi, aktyor, müğənni Nikita Presnikov nənəsinin ona bağışladığı bağ evini satır.
Axşam.az rus mediasına istinadən xəbər verir ki, buna səbəb onun həyat yoldaşı model Alena Krasnova ilə birlikdə ABŞ-yə köçməsidir. Satışla bağlı elan müvafiq saytda martın 6-dan dərc edilib. Ev 225 milyon rubl (təxminən 5 milyon manatdan çox) qarşılığında alıcıya təqdim olunacaq.
Malikanə 70 hektar ərazidə yerləşir və üçmərtəbəlidir. Mülkdə altı yataq, yemək otağı, mətbəx, kitabxana, soyunub-geyinmə otağı, hovuzu olan spa sahəsi, terras, bar və bilyardı olan istirahət otağı, kinoteatr var.