"40 il sonra Sərxan Sərxanla təsadüfi görüş" - Foto

"40 il sonra Sərxan Sərxanla təsadüfi görüş" - Foto
3778 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artistləri Həmidə Ömərova və Sərxan Sərxan bir araya gəliblər. 

Axşam.az xəbər verir ki, aktrisa ilə müğənni Xalq artisti Rüstəm İbrahimbəyovun xatirə gecəsində bir araya gəliblər. H.Ömərova birlikdə olan fotolarını paylaşaraq bunları yazıb:

"Rəhmətlik kinorejissorumuz Tofiq İsmayılovun 1983-cü ildə çəkdiyi "Musiqi müəllimi" filmindən, 40 il sonra Sərxan Sərxanla görkəmli dramaturqumuz Rüstəm İbrahimbəyovun xatirə gecəsində təsadüfi görüş…".

Qeyd edək ki, sözügedən filmdə Sərxan Sərxan musiqi müəllimi, Həmidə Ömərova isə Şəfiqə obrazını canlandırıb.