Taleh Yüzbəyovun adından dələduzluq

Taleh Yüzbəyovun adından dələduzluq
606 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Taleh Yüzbəyovun adından dələduzluq edilib.

Axşam.az xəbər verir ki, aktyor bu haqda özü məlumat yayıb. O bildirib ki, adından saxta səhifə açıb, yarış keçirirlər:

"Dostlar, qarşınıza mənim adımdan yarış və ya hədiyyə təklif edən səhifə çıxarsa inanmayın. Saxtakarlıqdır... Sizi aldada bilərlər. Xahiş edirəm, ehtiyatlı olun! Həmin səhifəni şikayət edin və "əbəjdadını" söyün, zəhmət olmasa".