Məşhur restoranların sahibləri cərimlənədi

Məşhur restoranların sahibləri cərimlənədi
826 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı şəhərində fəaliyyət göstərən “Sarı gəlin”, “Hissa”, “Sərin Saray”, “Monte Karlo”, “Grand Opera”, “Neptun”, Sumqayıt şəhərində “Ülvi”, “Xarı Bülbül”, “Yeni Həyat”, “Okean”, Gəncə şəhərində “Zümrüd”, “Əriklik”, “Kristal”, “Tural”, “Firuzə” və “Bəyaz Saray” restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Axşam.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.