"Bu, onun böyüklüyü və müdrikliyidir"

"Bu, onun böyüklüyü və müdrikliyidir"
1676 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qadının gücü onun zərifliyində, məlahətində, mehribanlığında, sevmək bacarığındadır".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mehriban Zəki sosial şəbəkə hesabında paylaşdığı videoda deyib. Aktrisa qadınlardan bəhs edib. O, daha sonra izləyicilərini Novruz bayramı münasibətiylə təbrik edib:

"İnsan xoşbəxt olanda hamıya qarşı sevgi ilə yanaşır. Bu, normaldır. Emosiyalar ardıcıllıqla öz prosesini yaşayır. Amma insan kədərli olanda, bədbəxtlik duyğusunu yaşayanda sevməyi bacarırsa, bu, artıq onun böyüklüyü və müdrikliyidir.
Bayramınız mübarək olsun . Hər zaman xoşbəxt olun.