Aparıcı Hüsniyə Məhərrəmli bəzi sürücüləri təhqir edib.
Axşam.az xəbər verir ki, videoaçıqlama yayan aparıcı Bakı-Sumqayıt yolunda rastlaşdığı sürücülərdən şikayət edib:
"Deməli, gecə olan kimi Bakı küçələrinə, əsas da Bakı-Sumqayıt, Bakı-Xırdalan yoluna maşın sürməyə "eşşəklər" çıxır. Adam onlara eşşək də demək istəmir. Onlar eşşəkdirsə, onda eşşəklər də adamdır. Deyiləsi deyil… Çoxdankı ideyam var. Onun biznes-planını yazacağam. Yadınızdadırsa, siqnallar var idi, "Lambada" səsi verirdi, sifariş də edə bilirdiniz. Onun kimi sifariş edirsiniz ürək sözlərinizi və yanınızdan növbəti dəfə biri keçəndə əziyyət çəkmirsiniz, səs tellərinizə yazığınız gəlir. Bütün o bədahətən gələn emosiyaları özünüzdə saxlayırsınız. Siqnalı basırsınız, o, sizin yerinizə ürək sözlərinizi həmin adama çatdırır".
Hüsniyyə daha sonra "Hələ bir-biri ilə yarışan yük maşınlarını demirəm. Gecə vaxtı məni əsəbiləşdirdilər" sözlərini əlavə edib.