Aygün Kazımova qızından danışdı

Aygün Kazımova qızından danışdı
6958 dəfə oxunub
  • A-
  • A
  • A+

"Dostlarım, yaxınlarım deyir ki, Aygün, şou-biznesə qoyduğun pulu həyatına qoysaydın, dirəyin, hər şeyin qızıl olardı. Əslində bu, sərmayəni özümə qoymşam. Ən bahalı deyirsiniz? Çünki keyfiyyətlidir. Keyfiyyətli olduğu üçün də bahalıdır". 

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Xəzər axşamı" verilişində deyib. Pop diva layihələrinə xərclədiyi pullardan danışıb:

"Standart konsert versəm büdcəsi az olacaq. Gəlin, mənim layihələrimdəki büdcəyə baxın. Böyük layihələrdən qazanmıram. Orada ancaq keyfiyyəti düşünürəm. Dünənki konserti üstələyəcək layihə düşünürəm həmişə".

Kazımova qızı İlqarə Kazımova ilə bağlı sualları cavablandırararq bunları deyib:

"İlqarə səhnədə böyüdü. 32 il keçib, amma elə bil hər şey dünən olub. İndi qızım məndən hündürdü. Uşağı həddindən artıq danlamaq olmaz. O da bir insandır. Bir ana kimi onu vaxtında nələrəsə yönəltmişəm. Mən də bir ana kimi böyüyə-böyüyə, ana təcrübəsi qazana-qazana bilmişəm ki, üstünə çox getməyim. Ona çox şeyə "yox" demirəm, özlüyündə bir insandır, düşüncələri, arzuları var. Mütləq deyil ki, müğənni olsun. Azadlığını əlindən almamışam".