Xalq artistinin qızı II Yekaterinanı canlandırdı - Fotolar

Xalq artistinin qızı II Yekaterinanı canlandırdı - Fotolar
1086 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Fuad Osmanovun aktrisa qızı Olqa Lerman "İmperatriçalar" sənədli-bədii filmində rol alır.

Axşam.az xəbər verir ki, Yevgeni Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrının aparıcı aktrisalarından biri Olqa ekran işində II Yekaterina obrazını canlandırıb. Rejissorluğunu Andrey Kravçukun etdiyi ekran işi  "I Pyotr. Son çar və birinci imperator" filminin davamıdır.

Bu dəfə tamaşaçılar Peterin ölümündən sonra gələn saray çevrilişləri və intriqalar dövrünü izləyəcəklər. 

Qeyd edək ki, Olqa 1988-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışan aktrisa Viktoriya Lerman və Xalq artisti Fuad Osmanovun övladıdır. Olqa aktrisalıq addımlarını Rus Dram Teatrının və Heydər Əliyev Sarayının səhnəsində atıb. Lerman 16 yaşında Bakı Xoreoqrafiya Məktəbindən Krasnodar məktəbinə gedib və o vaxtdan Rusiyada yaşayır.