İftara bunları hazırlaya bilərsiniz

İftara bunları hazırlaya bilərsiniz
2118 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az iftar menyusunu təqdim edir:

Vitaminlərlə zəngin olan qaymaqlı ispanaq şorbası

Ərzaqlar:
İspanaq – yarım kiloqram
Kərə yağı - 4 xörək qaşığı
Doğranmış soğan - yarım stəkan
Un - 3 xörək qaşığı
Toyuq suyu - 5 stəkan
Duz və istiot zövqə görə
Qaymaq - 1 stəkan

Hazırlanması:
İspanağı təmizləyin, saplaqlarını kəsin və iri-iri doğrayın. Yaxşıca yuduqdan sonra quruması üçün kağız dəsmal və ya çay dəsmalının üstünə  sərin. Qazanda yağı əridin, soğanı əlavə edib rəngi dəyişənə qədər qovurun. İspanağı buraya əlavə edin və yumşalana qədər bişirin. Üstünə unu səpib, qarışdırın. Toyuq suyunu tökün və qarışdıra-qarışdıra qaynamasını gözləyin. Sonra blenderdə püre edin. Alınan püreni qazana əlavə edib, üzərinə duz, istiot, qaymaq əlavə edin. Bir az vam odda saxladıqdan sonra süfrəyə verin.

Limonlu toyuq

Ərzaqlar:
Toyuğun döş əti - 1 kq.
Duz və istiot
Yağ arzulanan qədər

Sous üçün:
Layma (yaşıl limon) şirəsi - 1 st.
Soya sousu - 4 x/q.
Sarımsaq - 4 diş
Un - 0,5 st.
Qırmızı istiot - 1 ç/q.
Duz və istiot zövqə görə

Hazırlanması:
Toyuq ətini dördkünc doğrayın. Sous hazırlayıb, ətin üstünə tökdükdən sonra yaxşıca qarışdırın və 3 saat saxlayın. Tavada yağı yaxşıca qızdırın və toyuqları sosuala birlikdə içinə əlavə edib bişirin. 

Şəkərparə

Ərzaqlar:

125 qram əridilməmiş yağ
1 ədəd yumurta
1/2 stəkan şəkər tozu
2,5 xörək qaşığı mannı yarması
1 paket qabartma tozu
1 paket valinin
2 stəkan un

Şərbət üçün:
2,5 stəkan şəkər tozu
3 stəkan su
3 damcı limon suyu

Üzəri üçün:
Fındıq

Hazırlanması:

Əvvəlcə şərbəti hazırlayın. Bunun üçün su və şəkər tozunu qaynadın. Qatılaşanda içərisinə limon damcısını əlavə edib, 3-4 dəqiqə qaynadıb kənara qoyun. Başqa qabda otaq temperaturunda yumşalmış yağ, yumurta və şəkər tozunu töküb qarışdırın. Sonra mannı yarması, qabartma tozu və vanilini əlavə edin. Sonda unu töküb qarışdırın. Qoz böyüklüyündə peçenyelər edin və ortasına fındıq qoyun, sobada bişirin. 175 dərəcə istidə 20-25 dəqiqə bişirmək bəs edir. 1-2 dəqiqə kənarda gözlədikdən sonra üzərinə şərbətini əlavə edin.