İftar menyusu üçün maraqlı reseptlər

İftar menyusu üçün maraqlı reseptlər
1415 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az iftar süfrəsi üçün maraqlı menyu təqdim edir:

Sarımsaqlı mərci şorbası

Ərzaqlar:

1,5 stəkan qırmızı mərci
2/3 stəkan qaynadılmış qarğıdalı 
2 ədəd orta ölçüdə kök
2 diş sarımsaq və 1 ədəd soğan 
6 stəkan tərəvəz suyu və ya toyuq suyu
2-3 yemək qaşığı zeytun yağı
2 çay qaşığı zirə (zövqə görə)
1 çay qaşığı sarıkök

Hazırlanması:

Yağı isitib içərisinə xırda doğranmış kök və soğanı tökün. 5 dəqiqə bişirin, sonra sarımsağı xırda doğrayıb əlavə edin. Toyuq və ya tərəvəz suyunu, mərci, qarğıdalı, sarıkök, duz və istiotu töküb qaynadın. Mərci bişəndən sonra onu blenderlə əzin. Süfrəyə verərəkən üstünə limon şirəsi tökün. 

Pomidorlu italyansayağı toyuq

Ərzaqlar:

4 ədəd toyuq filesi
1 xörək qaşığı quru reyhan 
1/4 çay qaşığı duz
1 ədəd doğranmış kabak
1 stəkan balaca sarı və qırmızı pomidor
8-10 ədəd göbələk
1 stəkan rəndələnmiş mozarella pendiri (holand pendiri də ola bilər)

Hazırlanması:

Sobaya qoyacağınız qabı yağlayıb, doğradığınız toyuq filesini düzün. Üzərinə duz və reyhan qurusunu səpin. Üstünə doğranmış kabakları düzün. Sonra pomidor və doğranmış göbələyi tökün. Üstünə pendiri səpib, 180 dərəcə isidilmiş sobada, 35 dəqiqə bişirin.

Şokolad vulkan

Ərzaqlar:

500 qr. şokolad
1.5 stəkan un
1.5 stəkan pudra şəkəri
7 ədəd yumurta
2 xörək qaşığı kərə yağı

Hazırlanması:

Şokoladı kiçik hissələrə bölün, şüşə qaba qoyun və yanına kərə yağını əlavə edin. qaynar su olan qaba qoyun və əridin. Digər qabda yumurta, pudra şəkərini mikserlə qarışdırın. Ərimiş şokoladı içinə əlavə edin və qaşıqla qarışdırın. Üstünə un töküb qarışdırın. Sobaya qoya biləcəyiniz şüşə qablara töküb, 180 dərəcə isidilmiş sobada 12 dəqiqə bişirin.