"Elza Seyidcahan pulumuzu vermir" - Foto

"Elza Seyidcahan pulumuzu vermir" - Foto
3803 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahanın "Mahnılar və şeirlər" adlı solo konserti baş tutub.

Axşam.az xəbər verir ki, konsertdə müğənnini müşayiət edən kamança ifaçısı Elnur Salahov ondan şikayətçidir. Bu barədə sosial media hesabında yazan kamança ifaçısı Elzanın musiqiçilərə ödəniş etmədiyini vurğulayıb.

"Bu tanıdığınız müğənni martın 28-də solo konsert verib. 2 ay məşqinə getmişəm digər musiqiçilər kimi. Günü bu günə qədər haqqımızı vermir. Mənə bir saat əvvəl zəng edib deyir ki, pulum yoxdur, verməyəcəyəm. Üstəlik, məni təhqir edib telefonu üzümə söndürür" - deyə Elnur paylaşımında yazıb.

Qeyd edək ki, E.Seyidcahan Axşam.az-a açıqlamasında sözügedən konsertinə görə, maddi tərəfdən borca düşdüyünü bildirmişdi.