"Paltarlarını özüm tikirdim" - Əkizlərin anası

"Paltarlarını özüm tikirdim" - Əkizlərin anası
24738 dəfə oxunub
  • A-
  • A
  • A+

"Uşaqlarımın hər şeyi ilə özüm maraqlanmışam. Paltarlarını da özüm tikmişəm, almışam".

Axşam.az xəbər verir ki, bu sözləri "Avroviziya" təmsilçilərimiz Turan və Turalın anası Nərgiz Bağmanova İTV-yə açıqlamasında deyib. O bildirib ki, övladlarının geyimlərini hər zaman özü tikib:

"Saçlarını da həmişə özüm kəsmişəm. İndi baxıram ki, saçları uzanıb, əl gəzdirmək lazımdır".

Əkizlərin yarışma üçün yazdığı mahnıdan danışan N.Bağmanova "Bu mahnı bir il əvvəl yazılıb. Liverpul üçün yazılan bir mahnı deyildi" sözlərini əlavə edib. 

Qeyd edək ki, Tural və Turan "Tell me more" mahnısını oxuyub. Onlar "Avroviziya"da finala vəsiqə qazanmayıblar.