Azərbaycanlı müğənni 48 yaşında vəfat etdi

Azərbaycanlı müğənni 48 yaşında vəfat etdi
3759 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı müğənni, Dağıstanın Əməkdar artisti Ruslan Pirverdiyev 48 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçının yaxınları sosial şəbəkədə yazıb. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, R.Pirverdiyev 1974-cü ildə Xaçmaz rayonunda anadan olub. O, “Suvar” ləzgi xalq mahnı və rəqs ansamblının solisti kimi fəaliyyət göstərib. Müğənni 2006-cı ildə Dağıstana köçüb. 2008-ci ildə Dağıstan Dövlət Opera və Balet Teatrının dəvəti ilə bu teatrın solisti kimi fəaliyyətə başlayıb.

2009-cu ildə Dərbənd şəhərinə köçərək S.Stalski adına Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun sözügedən teatrda canlandırdığı ilk rolu dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasındakı "Əsgər" obrazı olub.