"Səndən sonra yaxşılıq etdiyin insanların iç üzü bəlli oldu"

"Səndən sonra yaxşılıq etdiyin insanların iç üzü bəlli oldu"
2805 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün mərhum Xalq artisti Ramiz Novruzun anadan olduğu gündür. Yaşasaydı, aktyorun 68 yaşı olacaqdı. 

Axşam.az xəbər verir ki, övladları onunla bağlı paylaşım edərək, xatirələrini bölüşüblər.  

"Ata bu gün artq ilk dəfədir ki, sənsiz doğum günündür: sən bizsizsən, biz də sənsiz. Deməyəcəyəm, cənnətdəki və ya haradasansa ilk doğum günün mübarək. Allaha üsyan etmirəm. Səni bir gün belə unutmadıq. Səndən sonra çox şey dəyişib, yaxşılıq etdiyin insanlar da dəyişdi, iç üzü bəlli oldu.

İçim yanır, ata. Səninlə bağlı olan yerlərə gedə, oralardan keçə bilmirəm.Yaxın dostlarını görürəm, sənsiz yenə də bir araya gəlirlər. Təmənnasız məsləhət ala biləcəyim adam yoxdur, daha bilmirəm bəzən hər hansısa şikayətimi kimə edim? Yalnış qərar verəndə deyirdin, Cakı, tələsmə, səbrli ol. Başıma gələn əhvalatı kimsə səmimi, sənin kimi dinləmir, kiməsə hər hansı uğurumdan danışa bilmirəm.

Hə, bir də onu deyim, sənin eynəyin var idi ən çox sevdiyin, itirmişdim və danlayırdın məni. Bir həftə öncə maşınımdan tapdım, bağışla məni".

Aktyorun qızı Şəfəq Novruzova isə paylaşımında "Bir ömur unutmayacağam səni, mənim üçün həmişə yaşayacaqsan. Ad günün mübarək, 68 yaşın oldu. Nə qədər nəfəsim var adın yaşayacaq. Xalqın sevimlisi Ramiz Novruz" sözlərini qeyd edib.