Əmisi efirə çıxıb Conidən danışdı - Video

Əmisi efirə çıxıb Conidən danışdı - Video
3753 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) əmisi Xanhüseyn Hüseynov "Xəzər axşamı" verilişinə qatılıb.

Axşam.az xəbər verir ki, o, Coninin ifasında məşhurlaşan "Sən şamsan əgər" mahnısının yaradıcısı və ilk ifaçısı olduğunu bildirib. Özünün də müğənni olduğunu deyən X.Hüseynov Coni haqqından bunları deyib:

"Üç yaşından gedib Rusiyaya. Bəziləri elə bilir ki, o, Azərbaycan dilində bilmir. Amma dilimizdə sərbəst danışa bilir. Bakıda konsertinə məni çağırdı, dedi ki, sürprizim var. Orada oturmuşdum. Dedi ki, əmimin mahnısını oxuyacağam, amma məni döyəcək. Hər bir oynaq mahnılarda bir hal var, gərək tutasan. Bu da tutdu. Gördüm, kişinin oğlu təmiz oxuyur".