Qaxda 46 yaşlı müəllim çayxanada öldü

Qaxda 46 yaşlı müəllim çayxanada öldü
1511 dəfə oxunub
  • A-
  • A
  • A+

Qaxda 46 yaşlı müəllim anidən ölüb.

Axşam.az xəbər verir ki, hadisə Qax şəhər ərazisindəki çayxanaların birində baş verib.

Belə ki, Qax şəhər sakini 1977-ci il təvəllüdlü Nəzərov İlham Adil oğlunun çayxanada çay içən zaman halı pisləşib.

Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılsa da, İlham Nəzərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, İlham Nəzərov Qax incəsənət məktəbində müəllim işləyirdi.

Faktla bağlı araşdırma aparılır.