"Övladımın atam kimi aktyor olmağını istəmirəm"

"Övladımın atam kimi aktyor olmağını istəmirəm"
1786 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova övladının aktyor olmasına imkan verməyəcəyini deyib. 

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, indi sənətə dəyər verilmir:

"O dövrlə indiki arasında fərq var. İndi aktyor olsa, dəyər görməyəcək. 25 ildir sənətdəyəm, amma istədiyim yerdə deyiləm. Hələ yetəri qədər dəyər görməmişəm. Mənim və atamın gördüyü çətinlikləri övladım görməsin. Atam teatrdan küsmüşdü. O boyda aktyor belə küsdü. Səbəblər var idi. İndiki dövürdə sənətə dəyər yoxdur. Atam kimi olmayacaq. Əgər gəlib babası qədər olacaqsa, olsun".