Onlar nədən qorxur?

Onlar nədən qorxur?
2116 dəfə oxunub
  • A-
  • A
  • A+

Şou-biznes nümayəndələri bu dəfə qorxularından danışıblar. Bunla bağlı "Səhər mərkəzi" verilişi sorğu aparıb. 

Axşam.az tanınmış simaların cavablarını təqdim edir:

Müğənni Elnarə Xəlilova: "Təklikdən qorxuram".

Rəqqasə Fatimə Fətəliyeva: "Hündürlükdən və qaranlıqdan qorxuram".

Aparıcı Aytəkin Mərdanova: "Gəmiyə və qatara minməkdən qorxuram. Gəmidə elə bilirəm ki, dünyanın sonudur. Bir dəfə də qatara minmişəm və qorxmuşam".

Müğənni Xuraman Şuşalı: "Yanmaqdan qorxuram. Hər iki formada... Allah nə bu, nə də o dünyada bunu qismət etməsin". 

Aktyor Fərda Xudaverdiyev: "İtdən qorxuram. Bunu aşacağam, amma hələ belədir. Qorxumu hiss edirlər deyə, görəndə hürürlər".

Aparıcı Xəyalə  Quliyeva: "Astrofobiyam var. Dar yerdən qorxuram". 

Müğənni Dilarə Kazımova: "Zəng gələndə cavab vermirəm".

Əməkdar artist Cavanşir Məmmədov: "Mopedlər əmələ glir. Guya yemək daşıyır. İlan kimi maşının yanından keçir. 

Müğənni Kərim Abasov: "İlan görsəm həmin an ölərəm. Çox qorxuram ilandan".

Aktyor İslam Mehrəliyev: "Hündürlükdən baxanda başım gicəllənir". 

Aktyor Elməddin Cəfərov: "Qaranlıq və təklikdən qorxuram".

Müğənni Rahidə Baxışova: "Dənizdən qorxuram. Suda uzağa gedə bilmərəm. Bir də böyük evdə qaranlıq olsa ürəyim partlayar".

Müğənni Səidə Sultan: "Həşəratlar görsəm ölə bilərəm. Pis mahnılara fobiyam var.