Dəri qocalmasının qarşısını alan maska

Dəri qocalmasının qarşısını alan maska
2265 dəfə oxunub
  • A-
  • A
  • A+

Dərinizin daha təravətli və gözəl görünməsini istəyirsinizsə ona davamlı olaraq qulluq göstərməlisiniz. Eyni zamanda qocalmanın qarşısını erkən yaşdan almağa başlamalısınız.

Axşam.az dərinin yaşlanmasını gecikdirən və ona rahatlıq bəxş edən alma maskasını təqdim edir.

Ərzaqlar:

1 ədəd alma

2 çay qaşığı buğda

5 çay qaşığı bal

5 çay qaşığı adaçayı

Hazırlanma qaydası:

1 yemək qaşığı rəndələnmiş almanı 2 çay qaşığı buğda ilə qarışdırın. Alınan maskanı üzünüzə vurun və quruyana qədər gözləyin. Daha sonra dərinizi ilıq su ilə durulayın.

Ardınca almanın geriyə qalan hissəsi ilə adaçayını və balı qarışdırıb soyuducuda 10-15 dəqiqə saxlayın. Məhlulu üzünüzə vurduqdan 20 dəqiqə sonra yuya bilərsiniz.