Sədaqət anasının onunla bağlı verdiyi açıqlamanı yalanladı

Sədaqət anasının onunla bağlı verdiyi açıqlamanı yalanladı
18232 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sədaqət Ulduz anası, aşıq Ulduz Sönməzin onunla bağlı verdiyi açıqlamanı təkzib edib. 

Axşam.az xəbər verir ki, sənətçi anasının bir müddət əvvəl onun İsveçrəyə köçməsi ilə bağlı yaydığı məlumatın yanlış olduğunu deyib. Bu haqda "Günün sədası" verilişində danışan müğənni bildirib ki, səfərinin məqsədi gəzmək olub:

"Səyahət etməyi sevirəm, başqa məqsəd yox idi. Bakıda yaşayıram. Azərbaycan Dövlət Televiziyasının solistiyəm. Məni işdən axtarıblar ki, hardasan, xəbərimiz yoxdur, deyirlər getmisən. Cavab verdim ki, yox, özhesabıma istirahət götürmüşdüm. Heç yerdə deyiləm, sadəcə İsveçrəyə, Hollandiyaya gəzməyə getmişdim".

Qeyd edək ki, U.Sönməz qızı haqda "Qızım ailə qurdu. Həyat yoldaşı İsveçrədə yaşayır, o da oradadır. Burada da evləri var, amma kürəkənim iş adamıdır. İşi də oradadır" sözlərini demişdi. 

Sədaqətin Bakıdakı toyu bəysiz olmuşdu. O, oğlan toyunun başqa ölkədə baş tutduğunu demişdi. Sədaqət 2019-cu ildə ailə qurub.