"Onlara pul yatırırdım"

"Onlara pul yatırırdım"
2365 dəfə oxunub
  • A-
  • A
  • A+

"Az görsənən ifaçının çörəyi çox dadlı olur. Bir ara efirə çox çıxdım, kənardan özümə baxdım ki, sən nə qədər çoxsan".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov "Şou-xəbər" verilişində deyib. Müğənni efirə az getməsinin səbəbini açıqlayıb. 

A.Bağırov bir vaxtlar rəhbəri olduğu "A-trio" qrupundan danışıb:

"Heç bir qrup sona kimi bir yerdə qalmır. Təməli yaxşı qurulmur. Müqavilə bağlanılmalıdır. Mən prodüser idim, çünki onlara sərmayə yatırırdım. "A-trio" olanda Ülviyyə Könül, Fuad Əlişov onlara klip çəkirdi. Həmin vaxt sözügedən rejissorlar Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşovaya klip çəkirdilər".

Hazırki musiqiləri tənqid edən Bağırov "Bu gün musiqini əzən, hörmətsiz edib aşağılayan musiqiçilər var. Təəssüflənirəm ki, niyə onlar var? Amma sonra deyirəm ki, yaxşıdır olmaları, yaxşı ilə pisi ayırmaq olur" sözlərini əlavə edib. 

Qeyd edək ki, "A-trio" qrupunda Ramal İsrafilov da yer alırdı.