Azərbaycanlı reper Türkiyədə saxlanıldı - Video

Azərbaycanlı reper Türkiyədə saxlanıldı - Video
2674 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı reper Asya Əlizadə kliplərində narkotik vasitələrin təbliğatında şübhəli bilinərək Türkiyədə saxlanılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində İstanbul Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları Əlizadənin kliplərini araşdırıblar. Məlum olub ki, Aysel "Estafurla" mahnısında ingilis dilində “marixuana kimi” ifadəsini işlədib.

Polis əməliyyat-istintaq tədbirləri apardıqdan sonra sənətçini İstanbulun Ataşehir səmtindəki evində saxlayıb. Daha sonra o, deportasiya mərkəzinə göndərilib.

Qeyd edək ki, Asya Əlizadə yeddi yaşında ailəsi ilə birlikdə Moskvaya köçüb. Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan sonra repçi Türkiyədə fəaliyyət göstərməyə başlayıb.