Dünyanın ən hündür binası bayrağımızın rənglərinə büründü

Dünyanın ən hündür binası bayrağımızın rənglərinə büründü
7343 dəfə oxunub
  • A-
  • A
  • A+

Birləşmiş Ərəb Əmirliyində yerləşən dünyanın ən hündür binası Burc Xəlifədə Azərbaycan bayrağı əks olunub. 

Axşam.az xəbər verir ki, Dubayın mərkəzində yerləşən binanın görüntüsü rəsmi instaqram səhifəsində də paylaşılıb. Bildirilib ki, bu, 28 May Müstəqillik Günü münasibətilə edilib. 

"Burc Xəlifə Azərbaycanın Müstəqilliyinin bərpa gününü qeyd edərək, Azərbaycana ehtiramını bildirir. Azərbaycan xalqına birlik, firəvanlıq və sülh arzulayırıq" deyə, paylaşımda yazılıb.