Yollarda görmə məsafəsi məhdudlaşacaq

Yollarda görmə məsafəsi məhdudlaşacaq
797 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah ölkənin bəzi yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Axşam.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Mayın 30-da dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında magistral avtomobil yollarının ayrı-ayrı hissələrində görünüş məsafəsinin 700-1000 m-dək məhdudlaşacağı ehtimal olunur.