"İnancı ifrat bir şouya çevirməyin"

"İnancı ifrat bir şouya çevirməyin"
1370 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bayramlar introvertlərin cəhənnəmidir. Düşünürəm ki, başqa bir ciddi səbəb, vacib sözün olmadan kiməsə eləcə "Bayramın mübarək" demək qarşındakına bayram təbrikini zorla dedizdirməkdir".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial media hesabında yazıb. İfaçı bayram mesajlarından gileylənib:

"Nəyə, necə inanırsınızsa, inanın, amma bu inancı ifrat bir şouya çevirməyin, xahiş edirəm. Ümumiyyətlə insanlar niyə sakit yaşamağı sevmir? Olmaz ki, bütün rituallar bezdirmədən, çığırmadan, sakit yaşansın? Bu mesajlar, mesajlardakı qoyunlar heç ürək açmır".